6 C
Baku
Sunday, December 15, 2024

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi ilə bağlı fərman

Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi haqqında Fərman imzalayıb.

Dəyişikliklə Komissiyanın üzvləri siyahısına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi əlavə edilib.

Son xəbərlər
Digər xəbərlər