20 C
Baku
Friday, May 3, 2024

Prezidentin yeni təyin etdiyi nazir müavini kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, Fərid Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib.

O, ardıcıl olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifələrini tutub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Gənclər Fondunun icraçı direktoru olub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər