6 C
Baku
Sunday, December 15, 2024

Prezidentin yeni təyyarəsi

İsveçrənin “Jet Aviation Basel” şirkəti Azərbaycanın “birinci şəxsləri” üçün nəzərdə tutulmuş yeni “ACJ340-600” təyyarəsinin komplektləşdirilməsini başa çatdırıb.

“Business Aviation News” xəbər verir ki, təyyarəni Azərbaycanın milli hava yolları şirkəti AZAL istismar edəcək. Təyyarə artıq “Jet Aviation Basel” şirkətinin komplektasiya mərkəzini tərk edib və rənglənmə işləri üçün İrlandiyanın paytaxtı Dublinə uçub. Gözlənilir ki, biznes-jet yeni sahibinə bir aydan sonra təhvil veriləcək.

Göyərtə nömrəsi 4K-A108 olan “ACJ340-600” təyyarəsi 2006-cı ilin aprelində istehsal edilib və Səudiyyə Ərəbistanının “Saad Air” biznes-operatoru tərəfindən istismar olunub. Bu şirkət Səudiyyə Ərəbistanının “Saad Group” maliyyə holdinqinin tərkibindədir. Şirkət təyyarəni 2008-ci ildə satışa çıxarılıb. Azərbaycanın onu nə vaxt aldığı məlum deyil, lakin bildirilir ki, təyyarənin alınmasına dair danışıqlar “AJW Capital Partners” şirkətinin fəal iştirakı ilə aparılıb. Təyyarənin alınmasına dair müqaviləni də bu şirkət bağlayıb.

Təyyarənin interyerinə dair detallar məlum deyil. “ACJ340-600” təyyarəsinin salonu 60 yerlikdir. Azərbaycan tərəfinin sifarişinə uyğun olaraq təyyarənin salonunda yemək və qonaq otağı, iki VİP yataq otağı və ona bitişik vanna otağı, ofis və iş kabineti yerləşir. Təyyarənin salonunun arxa hissəsində isə yüksək vəzifəli şəxslərin mühafizəçiləri üçün xüsusi kabinet var.

“Jet Aviation Basel” şirkətinin satış bazarlarının inkişafı və komplektasiya üzrə vitse-prezidenti Rudi Kraft deyib ki, təyyarənin interyerinin dizaynını öz dizayn-studiya şirkəti hazırlayıb. Təyyarənin dayanmadan 16 min kilometr məsafəni uça biləcəyi bildirilir.

Hazırda “Airbus” şirkəti A-340 laynerinin VİP versiyasının istehsalını dayandırıb. Bununla belə şirkət bu təyyarələrin marketinq şanslarını yüksək qiymətləndirir. Hazırda “Airbus”un törəmə şirkəti olan “Airbus Corporate Jets” VİP-konfiqurasiyalı təyyarələrin bazarda irəliləməsi üçün fəal iş aparır.

Şirkət A-340 təyyarələri üçün xüsusi “Gala” sərnişin salonu da işləyib hazırlayıb. Orada yataq otağı, iş zonası və konfrans zal yerləşməlidir. “Business Aviation News” qeyd edir ki, hazırda Azərbaycanın birinci şəxsləri “Boeing 767-300” və “Airbus ACJ319” laynerlərində, habelə “Silk Way Business Aviation” şirkətinə məxsus “Gulfstream G550”və “Gulfstream G450” təyyarələrində “hərəkət” edir.

180938

188903 859200 871651 973966

Son xəbərlər
Digər xəbərlər