17 C
Baku
Saturday, May 18, 2024

Prezidentin yüksək vəzifə verdiyi Zaur Mikayılov kimdir?

Xəbər verdiyimiz kimi, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Zaur Mikayılov “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

2001–2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət “PAŞA Holdinq”in strukturuna daxildir.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər