Bildiyimiz kimi, Samir Seyidəhmədlinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.
Samir Seyidəhmədli kimdir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini təyin edilmişdir. O, bundan əvvəl Baş idarənin rəis müavini idi. Samir Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.
Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.