23 C
Baku
Friday, April 19, 2024

Prezidentlər dağı

ABŞ-da Keystoun yaxınlığında (Cənubi Dakota) Raşmor dağları yüksəlir. Bu dağlar əhali arasında Prezidentlər dağı kimi məşhurdur. Qranit qaya üzərində ABŞ-ın 4 məşhur prezidentinin nəhəng portretləri həkk olunub. Bu prezidentlər – Vaşinqton, Cefferson, Ruzvelt və Linkolndur. 1927-1941-ci illərdə 400-dən çox bənna heykəltəraş Qadson Borqlumun rəhbərliyi ilə bu inanılmaz heykəltəraşlıq nümunəsini yaratmışlar. 

Bu zaman 450 min tondan çox dağ süxuru ləğv olunmuşdu. Qayalar ilk öncə dinamitlə partladılıb, daha sonra çəkiclərlə işlənilmişdir. Barelyefin hündürlüyü təxminən 18 metrdir (6 mərtəbəli evdən hündür). Simaların nəhəng daş parçaları üzərində həkk olunmalarına baxmayaraq, portretlərin sahiblərinə oxşarlığı danılmazdır. Raşmor qayası üzərindəki bu barelyef ABŞ-ın milli abidəsi hesab olunur.

Dağın coğrafi adı Raşmor dağıdır. Bu dağ 1884-cü ildə bu dağlara ekspedisiya təşkil edən nyu-yorklu biznesmen Çarlz E. Raşmorun şərəfinə belə adlandırılmışdı. Deyilənə görə, Raşmor Cənubi Dakotaya qayıtdıqda onun nə gördükləri ilə bağlı maraqlanmağa başladılar. O bunlara cavab olaraq bildirmişdi ki, bu günə qədər bu dağların heç bir adı yox idi, lakin bu gündən sonra onların adı Raşmor olacaq.

Son xəbərlər
Digər xəbərlər