14 C
Baku
Wednesday, April 24, 2024

Prezidentlər razılığa gəlib, 5 rayon azad olunacaq

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunub.

 
ANS TV-nin məlumatına görə, bunu iyunun 20-də Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşünü şərh edərkən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
 

N.Məmmədovun bildirməsinə görə, bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verilib. «Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər», – deyə administrasiya rəhbərinin müavini bildirib.

novruz
Novruz Məmmədov
 
İyunun 20-də isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.
 
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.
 

Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.

Azadliq.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər