1 C
Baku
Saturday, December 14, 2024

Prezidentliyə namizədlər üçün bu media subyektlərində ödənişsiz efir vaxtı ayrılacaq

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Həmin media subyektləri aşağıdakılardır:

– İctimai Televiziya və Radio Yayımları Şirkəti;

– “Azərbaycan” qəzeti;

– “Xalq qəzeti”;

– “Respublika” qəzeti;

– “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər