21 C
Baku
Thursday, August 11, 2022

Prezidentliyin qiyməti: Donald Tramp tərəfdarlarından adambaşına $5 yığır

ABŞ prezidenti özünü impiçmentdən qorumaq üçün qrup yaradıb.

Banker.az xəbər verir ki, Trampın impiçmentdən xilas etmək üçün adambaşına 5 dollar yığılır. Amerika prezidentinin təşkil etdiyi qrupa giriş biletinin qiyməti məhz bu qədərdir. Pul Ağ Ev rəhbərinin seçki qərargahının fəaliyyətinə xərclənəcək.

“İndi Nümayəndələr Palatasının 150-dən çox demokratı impiçmenti dəstəkləyir. Biz iyrənc və əsassız hücumların davam etməsinə imkan verə bilmərik. İmpiçment iddialarının prezidentlə heç bir əlaqəsi yoxdur. Demokratlar onun tərəfdarlarını qorxudaraq fayda əldə etməyə çalışırlar. Biz buna göz yuma bilmərik”, – qərargahın açıqlamasında deyilir.

Orada qeyd olunur ki, “bu qrup Trampın ən sadiq tərəfdarlarından ibarət olacaq” və bu sadiqlik monetizasiya edilmiş bir anlayışdır. Qərargahın hesabatında 15, 20 və 45 dollarlıq ianə təklif olunur.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Nümayəndələr Palatasının spikeri olan Nensi Pelosi, Donald Trampa qarşı impiçment prosesinin başladığını elan edib.

Son xəbərlər
Oxşar xəbərlər