18 C
Baku
Monday, November 24, 2025

“Prime Cotton”da mühüm təyinat olub

Azərbaycanda ən iri pambıq istehsalçısı olan “Prime Cotton” MMC-yə (əvvəlki “MKT İstehsalat Kommersiya” MMC) yeni Baş risk inzibatçısı təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Fuad Kələşli təyin edilib.

Fuad Kələşli daxili audit və risklərin idarə edilməsi sahəsində təcrübəyə malik mütəxəssisdir. Paralel olaraq “Yelo Bank” ASC-nin Audit Komitəsinin üzvü vəzifəsində çalışacaq.

2022–2025-ci illərdə “LU-MUN Holding”də Qrup üzrə daxili nəzarət və risk menecmentinin rəhbəri olub.

2019–2023-cü illərdə BOKT “İnkişaf üçün Maliyyə” MMC-də (FinDev) Audit Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

2021–2022-ci illərdə “Finspect”in direktoru, 2018–2021-ci illərdə isə İcbari Sığorta Bürosunda Daxili Audit Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Karyerasına bank sektorunda başlayaraq 2008–2018-ci illərdə “TuranBank” və “AzerCredit”də daxili auditor, auditor və qrup rəhbəri olub.

Son xəbərlər
Digər xəbərlər