“Prins Kredit İttifaqı” MMC 2024-cü ildəki xalis mənfəəti öncəki ildən xeyli zəif olub.
Banker.az xəbər verir ki, kredit təşkilatı keçən il 7.8 min manat xalis mənfəət əldə etməklə öncəki ildə qeydə alınmış 15.1 min manatdan 48 faiz azdır.
Kredit ittifaqının aktivləri son bir ildə 343.5 min manatdan 219.3 min manata düşüb.
Xatırladaq ki, “Prins Kredit İttifaqı” MMC 2011-ci ildə təsis edilib və Bərdə rayonunda qeydiyyatdadır. Nizamnamə kapitalı 4000 manat, İdarə heyətinin sədri isə Əliş Şərifov Məcid oğludur.