Prinston universitetinin tarixi 22 oktyabr 1746-cı ildə, yəni Britaniyanın Nyu-Cersi müstəmləkəsinin Qanunvericilik şurası Kral II Georgun adından presviterian pastorlarının tələbini qəbul etdiyi və gənclərə dil, sərbəst incəsənət və elm öyrətmək məqsədilə kollecdə təhsilinə icazə verdiyi tarixdən başlanıb. Nyu-Cersi kolleci Şimali Amerikada Harvard, William and Mary kolleci və Yale universitetindən sonra dördüncü Britaniya təhsil müəssisəsi oldu.
İlk olaraq cəmi 10 tələbənin təhsil aldığı kollec Elizabet şəhərində Dikkensin evində yerləşirdi. Lakin 1747-ci ildə o dünyasını dəyişdikdə bütün cəmiyyət Nyuarka köçür. Burada isə yerli presviterian pastor Aaron Berr onları qəbul edərək yeni təhsil müəssisəsinin prezidentinə çevrilir. Artıq 3 ildən sonra kollecin divarları arasından ilk 3 bakalavr buraxılır. 1756-cı ildə Berr təhsil müəssisəsini Prinstona köçürə bilir və burada Böyük Britaniyadan tələbə və müəllimlərin ianələri hesabına xüsusi bina inşa edilir. O Nassau-Hall adlandırılır.
Prinston universitetində 4,5 mindən çox tələbə təhsil alır ki, onların 500-ə yaxını aspirantdır. Tədris və təlim individual plan əsasında həyata keçirilir və elmi-tədqiqat işi ilə sıx şəkildə bağlıdır.
Burada fəaliyyət göstərən müəllimlərin sayı mindən çoxdur. Onlardan 400 nəfərdən çoxu professor dərəcəsinə sahibdir. 7 müəllim isə Nobel mükafatına laureatdır. Universitetin rektoru Shirley Tilghman-dır. Universitet 1969-cu ildə ilk dəfə olaraq qadın tələbə qəbul etməyə başlayıb.