“Prior Leasing” ASC barəsində inzibati protokol tərtib edilib.
Banker.az xəbər verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində ASC barəsində İnzibatı Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə protokol tərtib edilib.
İXM-nin 598-ci maddəsi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyin pozulması ilə əlaqəlidir.
598.1.1-ci bəndi isə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə tətbiq edilir. Bu maddə Məhkəmədə sübuta yetirlərsə şirkət 20 min manatdan 30 min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmə hakim Xalidə Əlisoyun sədirliyi ilə keçirləcək.