“Prior Leasing” ASC-nin 2025-ci ilin üçüncü rübü üzrə maliyyə göstəriciləri açıqlanıb.
Banker.az xəbər verir ki, hesabat dövrünü mənfəətlə başa vuran “Prior Leasing” ASC-nin xalis mənfəəti ötən ilin sentyabr ayının sonu ilə müqayisədə 7% artaraq 2.16 milyon manat təşkil edib.
Hesabata əsasən, şirkətin cəmi aktivləri illik müqayisədə 19.2% artaraq 90.8 milyon manatdan 108.2 milyon manata yüksəlib. Kredit portfeli isə 24.4% genişlənərək 45.1 milyon manata çatıb.
Lizinq şirkətinin kapitalı 65.9% artaraq 7 milyon manatdan 11.6 milyon manatadək yüksəlib.





