®Azərbaycanın aqrar sektorunun dayanıqlı inkişafına dəstək verən “Prior Lizinq”, fermerlər üçün ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı texnikalarının faizsiz lizinq müddətini 7 ilə qədər uzatdı. Təşəbbüsün əsas məqsədi fermerlərin maliyyə yükünü yüngülləşdirmək, müasir və dəqiq əkinçilik texnologiyalarını dəstəkləyən qabaqcıl texnikaları onlar üçün daha əlçatan etmək və ölkədə aqrar səmərəliliyi artırmaqdır.
| Yeni kampaniya çərçivəsində fermerlər keyfiyyəti ilə seçilən dünya markası “New Holland” traktor və kombaynlarını Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) 40% dövlət subsidiyası ilə, 10%-dən başlayan ilkin ödənişlə, və 7 ilədək müddətə faizsiz lizinq şərtlərilə əldə edə biləcəklər. |
Lizinq müddətinin 5 ildən 7 ilə qədər artırılması fermerlərin dövri ödəniş yükünü əhəmiyyətli dərəcədə azaldaraq, onların büdcələrini daha səmərəli planlaşdırmasına şərait yaradır. Ödənişlərin optimallaşdırılması fermerlərə qənaət olunan vəsaiti təsərrüfatın genişləndirilməsinə, aqrar innovasiyaların tətbiqinə və məhsuldarlığın yüksəldilməsinə yönəltmək imkanı verir.
Aqraryönümlü həlləri ilə seçilən “Prior Lizinq”, ölkə üzrə fəaliyyət göstərən 20-dən artıq filialı vasitəsilə kənd təsərrüfatı istehsalçılarına operativ və yerində xidmət göstərməyə davam edir.
Ətraflı məlumat və müraciət üçün:
Veb-sayt: priorleasing.az | Qaynar xətt: 858







