“Biz Rusiyanın bundan sonra da korrupsiya şəraitində yaşamasını istəmirik”.
Bunu “Vaqner” Xusisi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə cavabında bildirib.
“Heç kim Federal Təhlükəsizlik Xidmətinin başçısının təslim olunması fikrində deyil. Biz ölkənin korrupsiya içində yaşamasını istəmirik”, – Y. Priqojin qeyd edib.
O deyib ki, Ukrayna ilə müharibə aparıldığı açıqlananda vuruşublar: “Ancaq belə çıxır ki, hər şey oğurlanıb. İndi onlar mülki vətəndaşları vururlar, çünki içəri girə bilmirlər”.
“Vaqner”in lideri vurğulayıb ki, vətənpərvərdirlər: “Bizə qarşı çıxanlar isə əclafların ətrafına toplaşanlardır”.
O, Vladimir Putin vətənə xəyanətlə bağlı çox yanıldığını söyləyib: “Biz öz vətənimizin vətənpərvərləriyik. Biz istəmirik ki, ölkədə hiylə, korrupsiya və bürokratiya hökm sürsün”.
Priqojin Putinin təslim olmaq tələblərini də rədd edib: “Biz etiraf etməyəcəyik”.