15 C
Baku
Friday, September 20, 2024

“Pro Kredit” BOKT kiçilib, gəlirləri azalıb

“Pro Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 46 990 manat mənfəətlə başa vurub. BOKT 2021-ci ildə 39 360 manat mənfəət edib ki, bu da illik müqayisədə 19.5% çoxdur.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Pro Kredit”in gəlirləri 439 340 manat (əvvəlki ilə nisbətən 19.4% az), o cümlədən faiz gəlirləri 431 920 manat, qeyri-faiz gəlirləri 7 420 manat, xərcləri 276 min manat, o cümlədən faiz xərcləri 111 min manat, qeyri-faiz xərcləri 165 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 116 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Pro Kredit”in aktivləri 2 milyon 875 min manat olub ki, bu da illik müqayisədə 8% azdır.

Hesabat dövründə “Pro Kredit”in öhdəlikləri 1 milyon 966 min manatdan 1 milyon 817 min  manata düşüb, balans kapitalı isə 1 milyon 149 min manatdan 1 milyon 58 min manata düşüb.

p1 p2

Son xəbərlər
Digər xəbərlər