BOKT “PRO KREDİT” ASC-nin açıqladığı 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, xalis mənfəəti 91 282 manatdan 77 121 manata enərək 15.5% azalıb.
Banker.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.
Ötən il şirkətin əməliyyat gəlirləri 19.4% artaraq 938 150 manata, əməliyyat xərcləri ötən illə müqayisədə 38% artaraq 95 570 manata çatıb.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 3 milyon 51 min manatdan 3 milyon 206 min manata, cəmi öhdəlikləri 1 milyon 834 min manatdan 1 milyon 892 min manata, cəmi kapitalı 1 milyon 218 min manatdan 1milyon 314 min manata yüksəlib.
Xatırladaq ki, “Pro Kredit” BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.1 milyon manatdır. BOKT-un təsisçiləri 77.3 % payla Məhəbbət Məmmədov və 22.7 %-lə Rəna Məmmədovadır.






