21 C
Baku
Saturday, November 2, 2024

Proaktiv kibertəhlükəsizlik: VAPT xidmətləri ilə hakerlərdən öndə olun

®Technofusion-un VAPT xidmətləri təhlükəsizliyinizi gücləndirmək üçün kompleks həlldir.

Kibercinayətkarların şəbəkələri sındırmaq üçün istifadə etdiyi alətlər, taktikalar və prosedurlar  daim yenilənir və mürəkkəbləşir. Bu da öz növbəsində təşkilatların kibertəhlükəsizliyini mütəmadi olaraq yoxlamasının önəmini artırır. Təhlükəsizliyin qiymətləndirməsi üzrə geniş spektrli xidmətləri özündə birləşdirən Zəifliyin Qiymətləndirilməsi və Penetrasiya Testi (VAPT) sizə təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və onların aradan qaldırılması üçün təlimat verməklə təşkilatınızı qorumağa kömək edir. Bu zaman keyfiyyətli VAPT xidmətləri göstərən təcrübəli mütəxəssislərdən ibarət komandası olan peşəkar kibertəhlükəsizlik şirkətinin seçimi vacib məsələdir. Bu, sizə bir çox üstünlüklər, o cümlədən təkmilləşdirilmiş təhlükəsizlik mühiti, uyğunluğun daha yaxşı qiymətləndirilməsi, təkmilləşdirilmiş informasiya təhlükəsizliyi, daha yaxşı və səmərəli nəticələrin əldə edilməsi, xərcin azaldılması kimi üstünlüklər verəcəkdir.

VAPT xidmətlərinə investisiya ilə biznesinizi kiber risklərdən qoruyun! 

Peşəkar komandaya malik Technofusion şirkəti tərəfindən təklif olunan VAPT xidmətləri, o cümlədən şəbəkəyə penetrasiya testi xidməti zəiflikləri müəyyən etməyə və aradan qaldırmağa kömək etmək üçün sınaqdan keçirilmiş metodologiyaya əsaslanır.

Technofusion-ın şəbəkə və infrastruktur üzrə test mütəxəssisləri əhatə dairəsindəki istənilən şəbəkə və aktivləri müəyyən etmək və müvafiq qiymətləndirmə strategiyası hazırlamaq üçün sizinlə işləyirlər. Şəbəkəyə penetrasiya üzrə test mütəxəssisləri şəbəkənizə daxil olmaq üçün istifadə oluna biləcək təhlükəsizlik və texniki məlumatları müəyyən etmək üçün ən son kəşfiyyat və məlumat toplama üsullarından istifadə edirlər. Mütəxəssislər təhlükəsizlik zəifliklərini müəyyən edir və onlardan istifadə etmək üçün strategiya hazırlayırlar.  Technofusion-un şəbəkəyə penetrasiya üzrə təcrübəli testçiləri şəbəkənizə ilkin giriş əldə etmək üçün müəyyən edilmiş bütün zəifliklərdən istifadə edir, şəbəkənin qiymətləndirilməsi başa çatdıqdan sonra isə nəticələri sənədləşdirir və riskləri aradan qaldırmağa kömək etmək üçün təlimatlar təqdim edirlər. 

Technofusion-un veb-tətbiqlərin penetrasiyası testi xidməti həm şirkət daxilində, həm də üçüncü tərəf təchizatçılar tərəfindən yaradılmış xüsusi veb-tətbiqləri qiymətləndirmək üçün istifadə edilir. Veb-tətbiqin təhlükəsizliyi üzrə komanda sizə zəiflikləri (o cümlədən təhlükəsizlik üzrə səhv konfiqurasiyaları; doğrulama zəifliklərini; verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan səhvləri; giriş nəzarətindəki boşluqları və s.) müəyyən etməyə kömək edəcəkdir.

Simsiz penetrasiya testi xidməti isə şəbəkəyə icazəsiz girişə və məlumat sızmasına səbəb ola biləcək zəiflikləri müəyyən etmək və aradan qaldırmaq üçün simsiz şəbəkələri (WLAN) və Bluetooth, ZigBee və Z-Wave və s. daxil olmaqla simsiz texnologiyaların istifadəsini qiymətləndirir.

Bundan başqa, Technofusion komandası Android, iOS, Windows və digər mobil əməliyyat sistemlərində bir sıra mobil tətbiqlərin qiymətləndirilməsini aparmaqda bacarıqlıdır. Mobil tətbiqlərin testi xidməti mobil proqram zəifliklərini müəyyən edir və təşkilatınızın bu sahədə idarəetmə siyasətini nəzərdən keçirir.

Həmçinin Technofusion komandası zəif cəhətləri müəyyən etmək və aradan qaldırmaq üçün quraşdırma və konfiqurasiyaya baxış xidmətləri göstərmək üzrə geniş təcrübəyə malikdir. Quraşdırma və ya konfiqurasiyanın yoxlanılması testi müxtəlif cihazlarda yanlış konfiqurasiya zəifliklərini müəyyən etməklə bu riski azaltmağa kömək edir. Quraşdırma və konfiqurasiyanı nəzərdən keçirən penetrasiya testi sistematik olaraq şəbəkələrinizdə cihazları, əməliyyat sistemlərini və verilənlər bazalarını qiymətləndirir. Qiymətləndirmə başa çatdıqdan sonra müəyyən edilmiş risklərin aradan qaldırılmasına kömək etmək üçün tədbirlərin siyahısını əks etdirən rəsmi hesabat təqdim edilir.

Technofusion-ın sosial mühəndislik testi xidmətləri isə sizə sistemlərinizin və personalınızın e-poçt fişinq hücumlarını aşkar etmək və onlara cavab vermək qabiliyyətini dəqiq qiymətləndirməyə imkan verir. Technofusion-un sosial mühəndislik xidmətindən “Business Email Comproise” hücumunu simulyasiya etmək və müxtəlif saxtakarlıq praktikaları barədə məlumatlılığı yoxlamaq üçün istifadə edilə bilər. Technofusion-un hədəfə yönəlmiş fişinq xidməti məxfi məlumatları aşkar etmək üçün razılaşdırılmış hədəfin həssaslığını yoxlayır. 

Qırmızı Komanda (Red Team) Əməliyyatları

Qırmızı komanda əməliyyatı ən dərin təhlükəsizlik qiymətləndirməsidir. Qırmızı komanda təhdidlərə qarşı müasir üsul və intelektdən istifadə edərək təşkilata qarşı ola biləcək təhlükələri aşkar etmək və onlara cavab vermək qabiliyyətini yoxlamaq üçün real həyatdakı təhdid üsullarını simulyasiya edir.

Qırmızı komanda və penetrasiya testi arasındakı əsas fərqlər dərinlik və əhatə dairəsidir. Penetrasiya testi qısa müddət ərzində mümkün qədər çox zəifliyi müəyyən etmək və istifadə etmək üçün nəzərdə tutulmuşdur, qırmızı komanda isə həftələr ərzində aparılan daha dərin qiymətləndirmədir və təşkilatın aşkarlama və reaksiya imkanlarını yoxlamaq və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuşdur. 

Technofusion-ın Qırmızı Komanda Əməliyyatları üzrə mütəxəssisləri təşkilatınızın təhlükəni aşkarlamaq və ona cavab vermək imkanlarını hərtərəfli sınaqdan keçirmək üçün sistematik yanaşma tətbiq edirlər. 

  1. Kəşfiyyat – Hədəfi komprometasiya etmək məqsədilə istifadə oluna bilən məlumatları toplamaq üçün müxtəlif açıq mənbə kəşfiyyatı (OSINT) alətləri, üsulları və resurslarından istifadə edilir.  
  2. Səhnələşdirmə – Səhnələşdirmə hücumların başlanması üçün lazım olan infrastruktur və resursların qurulmasını və gizlədilməsini nəzərdə tutur. 
  3. Hücumun həyata keçirilməsi – Qırmızı Komanda Əməliyyatının hücum həyata keçirdiyi mərhələ hədəfin ələ keçirilməsi və komprometasiyanı əhatə edir.
  4. Daxili kompromentasiya (internal compromise) – Bu mərhələdəki fəaliyyətlərə şəbəkə üzrə üfüqi hərəkət, imtiyazların artırılması və məlumatların çıxarılması daxil ola bilər.
  5. Hesabat və təhlil – Qırmızı komandanın qiymətləndirilməsi başa çatdıqdan sonra texniki və qeyri-texniki heyətə aşkar edilmiş zəifliklərin icmalı, istifadə olunan hücum vektorları və risklərin aradan qaldırılması və azaldılması ilə bağlı tövsiyələr daxil olmaqla təlimin uğurunu başa düşməyə kömək etmək üçün hərtərəfli yekun hesabat hazırlanır.

Zəifliyin Qiymətləndirilməsi

Bütün bunlarla yanaşı, Technofusion-un Zəifliyin Qiymətləndirilməsi xidməti təhlükəsizlik risklərini müəyyənləşdirmək, təsnifləşdirmək, həll etmək və onları ən yaxşı şəkildə azaltmaq üçün davamlı dəstək və təlimat verməklə sizə kömək edir.

Zəifliyin Qiymətləndirilməsinin əsas üstünlükləri:

  • Riskli aktivləri müəyyən edir 
  • Təhlükəsizliyə nəzarət vasitələrinin uyğunluğunu yoxlayır
  • Təhlükəsizliyə sərmayələr barədə məlumat verir
  • Strateji məsləhətlər verir 

Zəifliyin qiymətləndirilməsində statik analiz, manual test, avtomatlaşdırılmış test və qeyri-səlis test (fuzzing) kimi müxtəlif texnikalardan istifadə olunur.

Statik analiz – Bu texnikada sistemin kod strukturu və məzmunu təhlil edilir. Sistemdən istifadə edilmədiyi üçün  bu testin sistemə heç bir mənfi təsiri olmur. Bu texnikanın mənfi cəhəti olduqca yavaş və vaxt aparan olmasıdır.

Manual test – Burada test mütəxəssisi sistemdəki zəiflikləri tapmaq üçün öz bilik və təcrübəsindən istifadə edir. Yəni, zəiflikləri aşkar etmək üçün heç bir alət və ya proqram tələb etmir. Bu texnika üçün zəifliyin qiymətləndirilməsi aləti alınmasına ehtiyac olmadığı üçün bu texnika digərlərindən xeyli ucuzdur.

Avtomatlaşdırılmış test – Bu test texnikasında sistemdəki zəiflikləri müəyyən etmək üçün avtomatlaşdırılmış test alətlərindən istifadə edilir. Bu, testin aparılması üçün tələb olunan vaxtı azaldır, eyni zamanda digər üsullardan daha çox dəqiqlik təmin edir. Tək alət bütün növ zəiflikləri aşkar etmək iqtidarında deyil, bu da qiymətləndirməni yerinə yetirmək üçün ümumi xərcləri artırır.

Qeyri-səlis test   (Fuzzing) – Burada sistemə etibarsız girişlər, qəza və uğursuzluqlar axtarılır. Bu, möhkəmlik testinə bənzəyir. Bu texnika sıfır gün zəifliyini müəyyən etmək üçün istifadə edilir.

VAPT Xidmətlərinin üstünlüklərindən faydalanmaq və kibertəhlükəsizliyinizi maksimallaşdırılmaq istəyirsinizsə, Technofusion tərəfindən göstərilən bu və digər xidmətlər barədə daha ətraflı məlumat üçün şirkətin LinkedInFacebook və ya Instagram səhifələrini izləyə bilərsiniz. 

Xatırladaq ki, Technofusion şirkəti 2016-cı ildə yaradılıb və o vaxtdan etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkətin dünyanın aparıcı informasiya kommunikasiya texnologiyaları təchizatçıları olan “Microsoft” “Oracle”, “Cisco”, “Dell”, “Huawei” və s. ilə tərəfdaşlıq əlaqələri mövcuddur. 

Son xəbərlər
Digər xəbərlər