13 C
Baku
Friday, November 22, 2024

Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb

2023-cü ilin yanvar-aprel ayları ərzində 58.8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onlardan 12.8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər