17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Problem həllini asanlaşdırmağın üsulları

Screen Shot 2021 09 02 at 14.34.20

Özünüzü haçansa problem həlli üzrə mütəxəssis kimi təsəvvür etmisinizmi? Düşünürəm ki, yox. Amma əslində biz daima problemlər həll edirik. Bunun öhdəsindən nə qədər yaxşı gəlsək, həyatımız da bir o qədər daha rahat olur. 

Çətinliklər özünü müxtəlif formada biruzə verə bilər. Bu adi, gündəlik qayğılar da ola bilər:

  • bu axşam şam yeməyinə nə hazırlayım?
  • İşə hansı marşrutla gedim?

Ya da daha çətin suallar:

  • İş cədvəlimə heç cür sığışmayan bu layihəni necə həyata keçirim?
  • Darıxdırıcı bir işi sizin üçün həqiqət də maraqlı olan, ürəyinizə yatan bir məşğuliyyətlə necə əvəz etmək olar?

Hər gün siz ən azından, heç olmasa bir problem həll etməli olursunuz. Amma problemlərin – sadəcə bir seçim olduğunu anladıqda, bunu etmək daha asan olacaq. Qərar qəbul etmə zərurətindən başqa onlarda qorxulu heç nə yoxdur.

Fərqi yoxdur, siz harada yaşayırsınız, harada işləyirsiniz, neçə tərəfdaşınız var, dostlarınızın sayı nə qədərdir – sizi həmişə problem həll etmə qabiliyyətinizə görə qiymətləndirəcəklər. Çünki problemlər bizlərin hamısı üçün eyni dərəcədə əngəl olur və hamını bezikdirir. İnsanlar isə çətinlikləri xoşlamır. Ona görə də nə qədər çox problem həll edə bilsəniz bir o qədər az çətinlikləriniz olacaq və sizi əhatə edən insanlar özlərini bir o qədər rahat hiss edəcəklər. Bundan hər kəs udacaq.

Beləliklə, problem həll etmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?

1. Diqqətinizi problemdə deyil, onun həllində cəmləyin

Neyrobioloqlar sübut ediblər: Əgər siz problemin üzərində ilişib qalmısınızsa, beyin həll yolunu tapa bilmir. Bu ona görə baş verir ki, siz problem üzərində diqqətinizi cəmləyəndə, mahiyyətcə neqativ əhvala köklənirsiniz, bunlar isə öz növbəsində şüurda mənfi emosiyaları işə salır. Mən demirəm ki, çətinlikləri “iqnor etmək” lazımdır, – bunun əvəzində çalışın ki, təmkinliyinizi qoruyub saxlaya biləsiniz. Bu əvvəlcə problemi dərk etməyə, daha sonra isə özünü günahlandırma və dərd çəkmək əvəzinə çıxış yolunun axtarışına keçid etməyə icazə verir. “Nə düz getmədi” və “Günah kimdədir” deyə düşüncələrini sonraya saxlayın.

2. Obyektiv olun

Bütün “mümkün həll yolları”nı nəzərdən keçirməyə cəhd edin, hətta onların bəziləri ilk baxışda çox gülünc görünsə belə. Sizə mümkün həll yolunu göstərə biləcək, reaktiv idrak tərsini işə salmaq üçün heç bir ideyadan dərhal imtina etməyə dəyməz. Yəni hər bir fikri sınamağa dəyər.

10 il ərzində korporativ reklam sənayesi sahəsində çalışdıqdan sonra biz dərk etdik ki, “istənilən bir ideya yaxşıdır”, bu brain storm (beyin fırtınası) və ya digər problem həll etmə metodları zamanı kreativ düşüncə tərzinə stimul verir. Nə etməyinizdən asılı olmayaraq, heç zaman “axmaq ideyalara” gülməyin, çünki əksər hallarda məhz cəfəng ideyalar effektiv çıxış yoluna ipucu verir.

3. Problem haqqında qərəzsiz mühakimə yürüdün

Çalışın ki, problemi dəhşətli bir şey kimi qavramayasınız! Əgər düşünsəniz ki, əslində problemin mahiyyətini nədən ibarətdir? Bu sadəcə mövcud vəziyyətə qarşı reaksiyadır. Problem sizə deyir ki, hal-hazırda nəisə düz işləmir və siz yeni həll yolu tapmalısınız. Ona görə də problemləri emossiyasız, qərəzsiz həll etməyə çalışın, heç bir qiymətləndirmə etmədən. Əgər siz yenə də problem anlayışının üzərində ilişib qalsanız, bu sizdə mənfi emosiyalar dalğası yaradacaq və problemin ani həllinə çıxış yolunu təcrid edəcək.

4. Fikrinizi yayındıraraq düşünün

Öz düşüncələrinizin istiqamətini dəyişin, abstrakt və yayınan düşüncə tərzinə üstünlük verin, özünüzə daima bir fikri təkrar edin “ Eyni bir dəliyi daha da dərin qazaraq, başqa bir yerdə yeni quyu qazmış olmursan”. Yaşama tərzini dəyişməyə və hadisələrə başqa prizmadan baxmağa, yeni formada yanaşmağa cəhd edin. Öz hədəflərinizə tamamı ilə əks qütbdən baxmağa cəhd edə bilərsiniz. Hətta bu axmaq səslənsə belə, yeni və orijinal yanaşma, bir qayda olaraq orijinal çıxış yolunun həllinə stimul verir.

5. İmkanların dili ilə danışın

Frazalarla danışın: «bəs əgər…» və «təsəvvür edin ki…». Bu ifadələr bizim şüura kreativ düşünmək və yeni həll yollarını stimullaşdırmaq imkanı verir.

Qapalı və inkar hissəciklər daşıyan cümlə və ifadələrdən yayınmağa çalışın, məsələn: «Mən düşünmürəm ki… » və ya «Bu düz deyil, amma… »

6. Hər şeyi sadələşdirin

Şüurlu varlıq kimi, bizim hər şeyi olduğundan daha qəliz etməyə meyilliyimiz var. Problemi ümumiləşdirərək, onu sadələşdirməyə çalışın. Əlavə detalları yığışdırın və əsas olana qayıdın. Həqiqətən də sadəcə aşkar görünən bir həll yolu tapmağa çalışın – nəticə sizi təəccübləndirə bilər. Axı biz hamımız bilirik ki, sadəcə ideyalar əksər hallarda ən məhsuldarlar olur.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər