19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Problemlərin həll edilməsi üçün 6 üsul

1 . Fikrinizi problemə deyil, onların həllərinə yönəldin

Alimlər insanın problem haqqında çox fikirləşdiyində onu həll edə bilmədiyini sübut ediblər. Bu insanın problem haqqında düşündüyündə neqativləşdiyini və beynində mənfi emosiyaların fəallaşdığı üçün baş verir. Lakin çətinliyi görməməzlikdən gəlmək də lazım deyil. Sadəcə olaraq vəziyyətə kənardan baxmağa çalışın. Bu rahatlığı qorumağa və ilk növbədə problemi anlamağa, daha sonra isə onun həllinə köklənməyə kömək edir.

2 . Obyektiv olun

Mümkün olan bütün həll yollarını nəzərdən keçirdin və sınayın. Hətta bu həll yolları sizə ilkin olaraq gülməli görünsə belə. Kreativ şəkildə düşünmək üçün ağlınıza gələn heç bir fikri qovmayın. Reklam sənayesində 10 ildən artıq çalışan insanlar hər bir ideyanın yaxşı olduğunu təsdiq edirlər.

3 . Qərəzsiz olun

Problem həll olunması gərək olan bir məsələdir. O sizə bəzi şeylərin düzgün işləmədiyini və nəyisə həll etməli olduğunuzu göstərir. Ona görə də problemi qərəzsiz həll etməyə çalışın.

4 . Abstrakt şəkildə düşünün

Fikirlərinizin gedişatını abstrakt şəkildə düşünməklə dəyişin. Öz məqsədlərinizə tamamilə əks mövqedən baxmağa cəhd göstərin. Adətən, yeni baxış orijinal qərarın qəbul edilməsini stimullaşdırır.

5 . İmkanlar yaradan dildə danışın

«Əgər… », «təsəvvür edin, əgər…» ifadələri ilə düşünün. Bu ifadələr bizim beynimizə kreativ şəkildə düşünməyə və yeni qərarların qəbul edilməsinə imkanlar yaradır.

6 . Hər bir şeyi sadələşdirin

Biz insanlar, şüurlu varlıqlar olduğumuz üçün hər şeyi çətinləşdirməyə meyilliyik. Öz probleminizi sadələşdirməyə çalışın: artıq olan bütün detalları yığışdırın və əsas hissəni saxlayın. Əksər hallarda, ən məhsuldar ideyalar ən sadə olanlarıdır.

Son xəbərlər
Oxşar xəbərlər