17 C
Baku
Saturday, October 5, 2024

Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamentində Operativ Yığım Xidmətininə mütəxəssis (Dəmir Bank)

İŞÇININ VƏZIFƏSI:

  • Müştərini onun işinin Bankın Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamentinə daxil olması barədə məlumatlandırmaq;
  • Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
  • Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
  • Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi;
  • Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması;
  • Müştəri tərəfindən edilən ödənişlərə nəzarət edilməsi;
  • Borcların bərpasına dair hesabatların hazırlanması.

TƏLƏBLƏR:

  • Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı;
  • Problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Ali təhsili olanlara üstünlük verilir;
  • Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Yığım Xidmətinin (regionun adını qeyd edin) regioanal şöbəsinə mütəxəssis göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər