16 C
Baku
Thursday, April 18, 2024

Problemli kreditlər üzrə Mütəxəssis (Quba/Xaçmaz) – Unibank

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Bank

Vəzifə : Problemli kreditlər üzrə Mütəxəssis (Quba/Xaçmaz)

Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Problemli kredit portfellərinə nəzarət etmək
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.

Namizədin Profili

• Ali təhsil
• 25-30 arası yaş həddi
• Azərbaycan dili – mükəmməl.
• Ünsiyyət qurmaq bacarığı
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Hərbi xidməti bitirənlərə və ya xidmətdən möhlət hüququ olanra üstünlük verilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Problemli kreditlər üzrə Mütəxəssis (Quba/Xaçmaz) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər