12 C
Baku
Sunday, October 27, 2024

Problemli kreditlərin həlli borcluların korlanmış kredit tarixçəsini düzəldəcəkmi?

Azərbaycanda məlum devalvasiyadan sonra bir çox vətəndaşın kredit tarixçəsi korlanıb.

Bəs, problemli kreditlərin həlli ilə bağlı son qərar banklar tərəfindən həmin müştərilərin ödəniş qabiliyyətinin qiymətləndirilməsində mənfi yanaşmanı aradan qaldıracaqmı?

Bu sual ilə bağlı açıqlama verən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirib ki, vətəndaşın problemli krediti həll olunsa da, bu hal onun kredit tarixçəsində hər zaman qalacaq: “Bu o deməkdir ki, həmin şəxsin problemli krediti olub və tarixçədə də görünəcək ki, bu problem həll olunub. Mənfi kredit tarixçəsi əslində banklara qadağan etmir ki, yeni kredit versinlər. Sadəcə banklar həmin problemləri görərək müştəriyə kredit verməkdən qorxur”.

“Devalvasiyadan sonra problemli krediti yaranan və kredit tarixçəsi korlanan şəxsin tarixçəsində bu problem hər zaman görünəcək və banklar biləcək ki, bu şəxs nə vaxtsa bankın pulunu vaxtında ödəməyib. Banklar üçün bu, özü məlumatdır. Gecikmələrin isə devalvasiya ilə bağlı olub-olmamasının heç bir aidiyyəti yoxdur.”

 

MənbəFinans.az
Son xəbərlər
Digər xəbərlər