28 C
Baku
Saturday, July 27, 2024

Problemli kreditlərin həlli çərçivəsində 126 mln. manatlıq cərimə və dəbbə pulu silinib

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.

Bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, – deyə E.Hüseynov vurğulayıb.

Report agentliyi

Son xəbərlər
Digər xəbərlər