2015-ci il martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, verilmiş kreditlərin həcmi 2014-cü il mart ayının 1-i ilə müqayisədə 32,1 % artmış, onun 78,2%-i və ya 16,2 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 %-nin ödəmə vaxtı keçmişdir.







