-1 C
Baku
Saturday, December 14, 2024

Problemli kreditlər daha 13% kiçilib

Azərbaycanda problemli, yəni vaxtı keçmiş kreditlərin həcmi 1 iyun 2019-cu il tarixinə 1 milyard 494,3 milyon manat təşkil edib. Bu öncəki ay ilə müqayisədə 0,01%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,66% azalması deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Problemli kreditlərin, 769,6 milyon manatı yerli valyuta olan manatda, 724,7 milyon manatı isə xarici valyutada olan kreditlər olub.

Bildirək ki, 1 iyun tarixinə Banklar tərəfindən verilən kreditin həcmi 13 milyard 198 milyon manatdır ki, burada; 8 milyard 541.9 milyon manatı milli valyuta və 4 milyard 656.1 milyon manatı isə xarici valyutada olan kreditlərdir.


 

Son xəbərlər
Digər xəbərlər