9 C
Baku
Friday, December 13, 2024

Problemli Kreditlər Departamentinin Eksperti ( Şəki və Lənkəran )

Əsas vəzifə və öhdəliklər:

  • Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
  • Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
  • Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
  • Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirinə hesabat təqdim edir.

Tələb olunan meyarlar:

  • Ali təhsil;
  • Yaş 25-35;
  • Azərbaycan dili biliyi – əla;
  • Məsuliyyətli və dəqiq;
  • Yüksək ünsiyyətqurma bacarığı;
  • Öyrənməyə həvəsli;
  • MS Office proqramlarında işləmək bacarığı.

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində [email protected] ünvanına göndərə və ya “Bank of Baku”-nun Lənkəran və Şəki filialına təqdim edə bilərlər.

Xahiş edirik, e-mail göndərərkən Mövzu hissəsində Lənkəran PKD və ya Şəki PKD göstərəsiniz.

Son xəbərlər
Digər xəbərlər