TƏLƏBLƏR:
- Ali təhsil;
- Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
- Microsoft Word və Excell proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.
İŞÇININ VƏZIFƏSI:
- Bankın müvafiq strukturlarına problemli kreditlərin həlli istiqamətində köməklik göstərilməsi;
- Mövcud olan problemli kreditlərin təhlilinin aparılması;
- Kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Problemli kreditlərin məhkəmədən kənar qaytarılmasını təmin etmək məqsədilə, borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması;
- Problemli kreditlərin və borcluların uçotunun aparılması.
QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.