6 C
Baku
Sunday, December 15, 2024

“Problemli kreditlər üzrə mütəxəssis” – “Kredit  Evi” MMC

“Kredit  Evi”  Problemli kreditlər üzrə mütəxəssis vakansiyası elan olunur.

Əməkhaqqı: 300AZN+bonus

“Problemli kreditlər üzrə mütəxəssis” üçün tələblər:   

  • Yaş həddi: 18-35 yaş
  • Cins: Qadın
  • Təhsil: Orta-ixtisas ,Natamam-Ali təhsil;
  • İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
  • Dil tələbi:  – Azərbaycan dili
  • Rus dili (arzu olunandır)
  • Kompyuter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
  • Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
  • Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar.

Vəzifə öhdəlikləri:

  • Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
  • Sorğu və hesabat formalarını təşkil etmək;
  • Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək və s.;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələblərə cavab verən şəxslər şəkilli CV-ni  [email protected]  ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Problemli kreditlər üzrə mütəxəssis mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər