Ötən ili sonunda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manata çatıb.Bu noyabr ayının sonu ilə müqayisədə 278,9 milyon manat və ya 22,7% çoxdur.
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər ilk dəfə belə bir nisbətdə artıb. Artıma devalvasiya böyük təsir göstərib. Dollardakı ödənməyən kreditlər yeni məzənnə ilə hesablandığından artım yaranır.
Ödəmə vaxtı keçmiş kreditlərin həcmi ötən ilin noyabr ayının sonunda 1 milyard 229,6 milyon manat idi. 2015-ci il dekabrın 31 tarixində kredit təşkilatlarının kredit qoyuluşları 21 milyard 718 milyon manat olub.
Artım əsasən devalvasiyaya görə baş verib. Dekabrda kredit qoyuluşları 2 milyard 973,7 milyon manat və ya 15,7% artıb. Ödəmə vaxtı keçmiş kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisi dekabrda 6,9%-ə şatıb. Bu nisbət noyabrda 6,6% idi. Bəs, problemli kreditlərin həlli üçün hansı addımlar atılmalıdır?