23 C
Baku
Saturday, April 20, 2024

Problemli kreditlərin məbləği 9 aylıq fasilədən sonra 1,7 mlrd. manatdan aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 698,6 mln. manat təşkil edib.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Bu, oktyabrın 1-i ilə müqayisədə 2,9% azdır.

Sonuncu dəfə problemli kreditlərinin məbləği 9 ay bundan əvvəl (bu ilin yanvar ayının yekununda) 1,7 mlrd. manatdan az olub.

İlin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4,4% artıb, ötən il noyabrın 1-nə nisbətən isə 10,1% azalıb.

Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,2%, ötən ilin sonuna 13,8%, ötən il oktyabrın sonuna isə 15,5% təşkil edib.

©Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər