2016-cı ildə “Muğanbank” ASC-nin aktivlərinin keyfiyyəti pisləşib, problemli kreditlərin ümumi portfeldəki payı 15%-ə yüksəlib, portfelin 10%-i isə restrukturizasiya olunmuş kreditlərin payına düşüb. Bu barədə “Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin analitikləri hesab edir ki, 2017-2018-ci illərdə bankda problemli kreditlərin artım tempi azalacaq. Buna baxmayaraq, S&P-nin proqnozlarına əsasən, 2017-ci ilin sonuna problemli kreditlərin ümumi portfeldəki payı 20%-ə çatacaq, restrukturizasiya olunmuş kreditlərin portfeldəki payı isə 10-12% təşkil edəcək.