“Bank Respublika” ASC Aran (İmişli rayonu) və Şimal-Qərb (Göyçay rayonu) regionlarında “Problemli kreditlərin yığımı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
• Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri və ailə üzvləri ilə görüşlər, məhkəməyə qədər müştərini krediti ödəməyə razılaşdırmaq üçün bütün qanuni imkanlardan istifadə etmək;
• Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan mlak barədə zəruri informasiya əldə etmə məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
• Təlimata uyğun olaraq və hesabatçılıq işinin təmin edilməsi məqsədi ilə müştərilərlə aparılan işlər barəsində müvafiq hesabat cədvəlində mütəmadi qeydlər aparmaq;
• Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
• Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlər yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində ən azı 3 il iş təcrübəsi;
• Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəyə malik olmalı;
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
• MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
• Banka və onun missiyasına yüksək sadiqlik;
• Yüksək şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli kreditlərin yığımı üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.