8 C
Baku
Friday, March 29, 2024

Problemli kreditlərlə bağlı güzəştin izahı

Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalanıb. Fərmanda aşağıdakılar qeyd olunub.

Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1.2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
Misal – 1. Soltan adlı şəxs  “Sabirabad” Bankdan 2015-ci ilin fevral ayının 21-də müqavilə bağlayaraq  9999 ABŞ dollar kredit götürüb (7799,22 manat qaytarmalıdır). Həmin tarixə məzənnə 1  ABŞ  dolları  – 0.78 manat idi. 22 fevral tarixindən -21 dekabr 2015-ci il tarixinə kimi  0.78 + 0.27 = 1.05 qalxma 0.27 manat  olmağına baxmayaraq dövlət bunun 0.25 qəpiyini vətəndaşa güzəşt edəcək. 9999*1.05 = 10498,95 manat edirsə qalxma manatla (10498,95 – 7799,22) = 2699,73 manat yox  9999*1.03 (10298,97 – 7799,22) = 2499,75 manatı vətəndaşa güzəşt olunacaq.
10 min ABŞ dollardan yuxarı kredit götürənlərə güzəşt nəzərdə tutulmayıb.
Manatla güzəşt nəzərdə tutulmayıb.

Misal – 2. Faiq adlı şəxs  “Sabirabad” Bankdan 2015-ci ilin fevral ayının 22-də müqavilə bağlayaraq 9999 ABŞ dollar kredit götürüb (10498,95 manat qaytarmalıdır). Həmin tarixə məzənnə 1  ABŞ  dolları  – 1.05 manat idi. 21 dekabr 2015-ci il tarixindən  1.05 + 0.65 = 1.70 qalxma 0.65 manat  olmağına baxmayaraq dövlət bunun 0.60 qəpiyini vətəndaşa güzəşt edəcək. 9999*1.70 = 16998,30 manat edirsə qalxma manatla (16998,30-10498,95 ) = 6499,35 manat yox  9999*1.65 (16498,35 – 10498,95) = 5999,40 manatı vətəndaşa güzəşt olunacaq.
10  min ABŞ dollarından yuxarı kredit götürənlərə güzəşt nəzərdə tutulmayıb.
Manatla güzəşt nəzərdə tutulmayıb.

Kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək” yəni güzəşt edəcək.
Misal: A şəxsin banka götürdüyü kreditin müəyyən hissəsini ödəyib və 17 min (10 min ABŞ dolları) borcu qalıb. Bu borcu ödənliməsinə 3 il qalıb. Bu şəxsə də yuxarıdakı misaldakı güzəşt tətbiq ediləcək.

Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər veriləcək.

Misal. Şəxs A bankla yeni kredit müqaviləsi bağlayır. Müqaviləyə əsasən faiz dərəci 30-dur. Müddət 3 ildir. 1-ci il şəxs 30 faiz yox 1 faiz kredit faizi ödəyəcək. 2 ildən öhdəliyini icra edəcək. Buna görədə Mərkəzi bank A banka verdiyi kreditə görə güzəşt edəcək.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər