13 C
Baku
Friday, April 19, 2024

“Problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb”

“Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb”.
Bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. 

Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidentİlham Əliyevin problemli kreditlərin həlli barədə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur: “Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərman imzalayıb. 
©Azvision
Son xəbərlər
Digər xəbərlər