Ölkə başçısı İlham Əliyevin 10 min dollaradək olan problemli kreditlərlə bağlı verdiyi fərman sosial bir layihədir. Bunu “Fitch Ratings” agentliyinin Bakıda keçirdiyi tədbirdə “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Onun sözlərinə görə, fərmanın əsas məqsədi əhalinin aztəminatlı hissəsinin maddi rifahını yaxşılaşdırmaqdır: “Sözsüz ki, bu qərar bankların portfelinin keyfiyyətinə müsbət təsir göstərəcək. Son il yarım ərzində verdiyimiz kreditlər üzrə keyfiyyət göstəricisi fantastikdir. Hətta mən əminliklə deyə bilərəm ki, bu göstərici devalvasiyadan öncəki göstəricidən yaxşıdır. Elə bu dövr ərzində müşahidə olunan tendensiyaya nəzər salsaq görərik ki, tələbat artmaqdadır. Ötən gün Prezident tərəfindən məhkəmə icraatına dair verdiyi qərar da bank sektorunun inkişafına səbəb olacaq”.
ONA