Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
ELƏCƏDƏ BAX: “Palata bankların yox, insanların tərəfində olmalıdır“
O qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:
“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.
BUNUDA OXU: “Bakı Metropoliteni” avtobus alır
Ölkənin bank sisteminin sağlamlaşdırılması barədə danışan R.Aslanlı qeyd edib ki, Palata bu istiqamətdə bankların birləşməsini səmərəli hesab etmir: “Biz bankların və sığorta şirkətlərinin məcburi birləşməsinin əleyhinəyik, biz belə addımı uğursuz hesab edirik”.