15 C
Baku
Saturday, April 20, 2024

Bankın problemli kreditlər portfeli 47% çatıb

Banker.azın verdiyi məlumata görə, bu haqqda AG Bankın 2017-ci il 1-ci rübün sonuna dair hesabatlarında deyilir.

Belə ki, bank qeyd olunan dövrə 1.8 mln. manat zərər edib. Məlumat üçün bildirək ki, AG Bank ötən ili rekord həcmdə zərərlə bitirmişdi . Zərərin ümumi həcmi 35 mln. manat təşkil edirdi.

AG Bankın aktivlərinin dinamikasıda elədə ürək açan deyil. Aktivlər 1 rüb ərzində təxminən 15 mln. manat azalaraq 505 mln. manata düşmüşdür.

Hazırda bankın kapitalı 52 mln. manat civarında , vaxtı keçmiş kreditlərinin həcmi isə 136 mln. manatdır. Nəzərə alsaq ki, bankın kredit portfelinin həcmi 287 mln. manatdır , o zaman vaxtı keçmiş kreditlərin portfelə nisbəti 47% təşkil edir.

 

 

Son xəbərlər
Digər xəbərlər