“Procter&Gamble” beynəlxalq korporasiyası Rusiyaya bütün yeni kapital sərmayələrini dayandıracaq.
Korporasiya ölkədəki portfelini də xeyli məhdudlaşdıracaq.
Bundan əlavə, “Procter&Gamble” korporasiyasının baş direktor Con Mellerin sözlərinə görə, P&G bütün reklam, media və tanıtım fəaliyyətlərini dayandırır.
Qeyd edək ki, korporasiya “Gillette”, “Oral B”, “Mr. Clear”, “Tide”, “Pampers”, “Ariel”, “Always”, “Tampax”, “Braun”, “Head & Shoulders”, “Old Spice” və “Safeguard” kimi 65 tanınmış brendə malikdir.