10 C
Baku
Thursday, December 12, 2024

“Product manager” kimdir və əsas vəzifə öhdəlikləri nədən ibarətdir?

“Product-manager” ixtisasının populyarlığı son üç ildə bir neçə dəfə artmışdır. Biz təlim, kurslar və ya məhsul hazırlayan mütəxəssis axtarışında olan şirkətlərin reklamına tez-tez rast gəlirik. Lakin “product-manager”in  hansı tapşırıqları yerinə yetirdiyini və nə üçün məsuliyyət daşıdığını çox az adam bilir, bəziləri onu hətta baş direktor ilə qarışdırır. 

Məqalədə bu ixtisasa daha yaxından nəzər yetirəcəyik, əsas vəzifələr və məsuliyyət sahəsi haqqında danışacağıq. Əgər gələcəkdə “product-manager” olmağı düşünürsünüzsə və bu istiqamətdə təhsil almağı planlaşdırırsınızsa, materialdakı məlumatlar sizə son qərarı verməyə kömək edəcək. 

“Product-manager” kimdir

“Product-manager” vəzifəsi təzəlikcə ortaya çıxıb, buna görə müxtəlif mütəxəssislər buna fərqli təriflər verirlər. Lakin onları birləşdirən bir ümumi cəhət var: product-manager – şirkətdə yeni məhsulun yaradılmasından və satışa çıxarılmasından məsul olan şəxsdir. 

Problem ondadır ki, hər bir təşkilat bu vəzifəni fərqli şəkildə şərh edir. Əgər hər hansı bir iş axtarışı saytındakı mövcud vakansiyalara baxsanız, buna əmin ola bilərsiniz. Bir sözlə, şirkətlərin namizədlərə münasibətdə sürdüyü tələblər adətən müxtəlif olurlar. 

Düşünə bilərsiniz ki, şirkətlər özləri kimləri axtardıqlarını tam olaraq bilmirlər. Lakin məsələ onda deyil: öhdəliklərin siyahısı və məsuliyyət zonası hər yerdə eyni ola bilməz, çünki hər bir şirkət fərqli məhsullar yaradır. Bu, fəaliyyət sahəsindən və qarşıya qoyulmuş hədəflərdən asılıdır. 

Əgər yüzlərlə vakansiyaya baxsanız və dərin analiz aparsanız, “product-manager”in ticarət, marketinq və proqramlaşdırma kimi sahələrin kəsişməsində çalışan bir mütəxəssis olduğunu başa düşəcəksiniz. O, yeni məhsula nəzarət edir, investorlar və istifadəçilərlə qarşılıqlı əlaqə qurur və texniki tətbiq sona çatdıqdan sonra məhsulun inkişaf etdirməyə davam edir. 

“Product-manager” – asan olmayan, lakin çox perspektivli peşələrdən biridir. Əgər siz də onu əldə etməkdə maraqlısınızsa, yeni tapşırıqların ortaya çıxmasından asılı olaraq hərtərəfli inkişafa hazır olmalısınız. “Product-manager” – yalnız idarəçi deyil, həm də proqramçı, marketoloq, dizayner və digər peşələrə yaxın olan bir mütəxəssisdir. 

image1 2

“Product-manager”in rolu nədir

İndi isə “product-manager”in rolunu daha yaxından nəzərdən keçirək. İlk növbədə qeyd etməliyik ki, “product-manager”in əsas vəzifəsi yeni məhsulun inkişaf etdirilməsi ilə əlaqəli olan prosesləri idarə etməkdir. Buraya yeni ideyaların qəbul edilməsi və ya rədd edilməsi, məhsulun texniki olaraq reallaşdırılması və iş proseslərinin daha dərin təhlili üçün ətraflı hesabatların hazırlanması daxildir. 

Öhdəliklərin tam siyahısı şirkətdən şirkətə dəyişir. Vakansiyalara baxanda əvvəlcə bu bloka diqqət yetirin. Məsələn, bir şirkət “product-manager”ə güvənir və yeni ideyalar yaratmaq səlahiyyətini onun öhdəliyinə buraxır, başqa bir şirkət isə inkişaf strategiyasını özü yaradır və menecer yalnız nəzarət funksiyasını yerinə yetirir. 

Bundan əlavə, yeni məhsul və yeni layihə üzərində işləyən mütəxəssislər arasında müəyyən fərqlərin olduğunu anlamaq vacibdir. Birinci yeni məhsulun yaradılmasını bir neçə mərhələyə ayırır (layihələrə), ikincisi isə müəyyən edilmiş müddət ərzində hər bir mərhələnin (adətən bir neçə dənə olur) həyata keçirilməsinə nəzarət edir. Şərti olaraq: məhsul meneceri strategiya yaradır və ona hesabat verən köməkçiləri təyin edir (layihə rəhbərləri). 

Mərhələlərin hər biri həyata keçirilən zaman məhsul meneceri digər mütəxəssislərlə qarşılıqlı əlaqə qurur, bazarı təhlil edir, hədəf auditoriyanı müəyyənləşdirir, testlər aparır və s. 

Nəticə etibarilə, “product-manager” – ideyalar və inkişaf strategiyasını yaradan, komanda toplayan, planlaşdırma aparan və qarşıya qoyulan öhdəliklərin icrasına nəzarət edən şəxsdir. 

“Product-manager” hansı bilik və bacarıqlara sahib olmalıdır

Peşəkar məhsul meneceri bütün tapşırıqları vaxtında yerinə yetirmək bacarığına sahib olmalıdır. 

Strateji düşüncə

“Product-manager”in əsas bacarıqlarından biri, ideya və inkişaf strategiyası yaratmaqdır. Unutmayaq ki, hər bir məhsulun əsas məqsədi müştərilər üçün fayda yaratmaqdır, məhz buna görə menecer auditoriyanı, bazar şərtlərini və rəqabəti təhlil edir, ideyanın “mənzərəsini” yaradır və onu komandaya (rəhbərlik) təqdim edir.

Məsələn, kiçik biznesin hesabat sənədlərini (fakturalar, aktlar) yaratmaq üçün platforma yaradılıb. Hər şey işləyir, hər şey qaydasındadır. Lakin ehtiyacların təhlili olmasa, gec-tez bu sistem “solacaq” və sahibsiz olacaq. O, bazarın davamlı araşdırmaları sayəsində yeni meylləri və müştərilərin “zəif” tərəflərini müəyyənləşdirir. 

Planlaşdırma

Düşünülmüş planlaşdırma, tapşırıqların bölüşdürülməsi və ümumi yol xəritəsinin formalaşdırılması olmadan qarşıya qoyulan hədəflərə çatmaq mümkün deyil. Bu səbəbdən məhsul meneceri yalnız ideyalar irəli sürməyi deyil, həm də onları detallara qədər planlaşdırmağı bacarmalıdır. 

Kommunikasiyaların qurulması

“Product-manager” onlarla mütəxəssislə qarşılıqlı əlaqəyə girir: proqramçılar, dizaynerlər, marketoloqlar və s. Hər hansı bir insanla xarakterinə və temperamentinə uyğun olaraq səriştəli şəkildə ünsiyyət qurmağı bacarmaq vacibdir. Menecer əlaqələr qurmağı bacarmalıdır. 

Yol xəritəsi – müxtəlif şöbələr arasında əlaqə yaratmağın yollarından biridir. Əgər onu detallı şəkildə hazırlasanız, komandanız inkişafın bu və ya digər mərhələsində kimlə qarşılıqlı əlaqə quracağını biləcək. 

Sənədləşmə

Sənədləşdirmə olmadan hər hansı bir məhsul yaratmaq mümkün deyil. Adətən məhsul meneceri aşağıdakı sənəd növləri ilə qarşılaşır:

– layihədən əvvəl – ideya və öhdəliklərin təsviri, texniki tapşırıqlar;

– layihəni reallaşdıran zaman – bütün işlərin icra planı, texniki nəzarət, qrafik;

– iş/icra zamanı – məhsulun ətraflı təsviri, görülən iş barədə hesabatlar, rəsmlər, cədvəllər, əlavə planlar, fərdi tapşırıqlar;

– nəticə – görülən iş barədə hesabat, məhsuldan istifadə qaydaları və s. 

– mühasibat işləri (nadir hallarda). 

Podratçılarla iş

Çox vaxt planı həyata keçirmək üçün əlavə materiallar almaq, yeni mütəxəssislərlə iş birliyini yaratmaq, alətlər və tərtibatlar əldə etmək tələb olunur. Buna görə minimum xərc çəkib tez bir zamanda fayda əldə etmək üçün podratçılarla işləməyi, o cümlədən danışıqlar aparmağı bacarmaq vacibdir.

“Product-manager”in digər bacarıqları onun fəaliyyət sahəsindən asılı olaraq dəyişə bilər. Məsələn, əgər o, tətbiqlərin yaradılması studiyasında işləyirsə, ideyaları daha sürətli test etmək üçün məhsulların prototipini yaratmağı bacarmalıdır. Bu, inkişafetdiricilərin yükünü azaldır. 

“Product-manager”in öhdəlikləri

“Product-manager”in əsas vəzifə və öhdəliklərini nəzərdən keçirək. Daha əvvəl də qeyd edildiyi kimi, onun əsas vəzifəsi trendlərə və istifadəçi ehtiyaclarına cavab verən yeni məhsullar yaratmaqdır. Digər vəzifələr arasında isə aşağıdakıları göstərmək olar:

– məlumatları toplamaq;

– praktiki nəticələr formalaşdırmaq;

– məhsula münasibətdə tələbləri müəyyənləşdirmək;

– iş planını yaratmaq, işçilər arasında rolları bölüşdürmək;

– məhsulu təqdim etmək, reallaşdırmaq;

Məhsul menecerinin məsuliyyət zonasına daxildir:

– müştərilərin əsas ehtiyaclarını müəyyənləşdirmək üçün bazarı araşdırmaq, dərin təhlil aparmaq;

– yeni ideyaları test etmək;

– oxşar məhsulları müqayisə etmək, rəqabət təhlilini aparmaq;

– marketinq kommunikasiyalarını inkişaf etdirmək;

– strategiya yaratmaq üçün satış direktoru ilə əlaqə qurmaq;

– uzunmüddətli və qısamüddətli satış proqnozlarını formalaşdırmaq, təhlili rəhbərliyə təqdim etmək;

– yeni məhsulları bazara çıxarmaq, gəlirlilik təhlilini aparmaq (ROI);

– marketoloqlarla birlikdə marketinq strategiyasını yaratmaq;

– bazar araşdırması, istehsal xərcləri və gözlənilən tələb əsasında qiyməti müəyyənləşdirmək;

– istifadə tələblərinin planlaşdırılması və müəyyənləşdirilməsi;

– ¨C62C;

– ¨C63C;

Sadə bir nümunəyə baxaq. Rəhbərlik qarşıya vəzifə qoydu: futbol azarkeşləri arasında ən populyar mobil platformalarda məlumat tətbiqini yaratmaq. Bu halda məhsul meneceri işi bir neçə mərhələyə ayıracaq:

– mobil platforma bazarının təhlili, onlardan ən populyar olanların müəyyənləşdirilməsi;

– futbol azarkeşləri üçün nəzərdə tutulan məlumat tətbiqlərinin təhlili, ilkin konsepsiyanın tərifinin müəyyənləşdirilməsi;

– tərtibatın əsas mərhələlərinin planlaşdırılması;

– komandanın toplanması, hər bir mərhələ üçün məhsul menecerinin müəyyənləşdirilməsi;

– monetizasiya növünün seçilməsi, marketinq strategiyasının hazırlanması;

– görülən işə nəzarət və yekun qiymətləndirmə;

– nəticənin çıxarılması, reklam kampaniyasının işə salınması;

Əlbəttə, bu nümunə mümkün qədər sadələşdirilmişdir. Unutmayaq ki, məhsul bazara çıxarılandan sonra da məhsul meneceri işləməyə davam edir: təhlillər aparır, ideyalar yaradır. 

“Product-manager”in fəaliyyəti necə qiymətləndirilir

Məhsul menecerinin işini iki qrupa ayrılan bir neçə meyara görə qiymətləndirmək olar: daxili və xarici. 

Daxili meyarlar mütəxəssisin komanda daxilində qarşılıqlı əlaqəni nə dərəcədə yaxşı təşkil etdiyini müəyyənləşdirir. Əgər hər şey yaxşı səviyyədə həyata keçirildisə və bütün komanda üzvləri razıdırsa, daxili işin səmərəliliyini yüksək qiymətləndirmək olar. 

Xarici meyarlara isə maliyyə nəticələri, müştəri məmnuniyyəti və digərlərini aid etmək olar. 

KPI

“Product-manager”in səmərəliliyini qiymətləndirmək üçün bir neçə KPI növü var. Hər bir şirkətin öz qaydaları və onlar mütəxəssis işə götürülərkən müəyyən edilir:

– Yeni istifadəçilərin alış sayı: menecer və komandanın üzərində işlədiyi məhsulun populyarlığını göstərir. 

– Marjinallıq: satışların həcmi, planlaşdırılan rəqəmlərlə müqayisə edilir;

– Aktiv istifadəçilər: hər gün məhsuldan neçə nəfərin istifadə etdiyi təxmin edilir;

– Customer Retention Rate (CRR): yeni istifadəçilərin saxlama nisbəti;

–  ROI: gəlirliliyin göstəricisidir, investisiyaların özünü doğruldub-doğrultmadığını nümayiş etdirir. 

Peşə bazarı

Nəzərinizdə saxlamalısınız ki, mütəmadi olaraq yeni texnologiya şirkətləri yaranır və məhsul menecerlərinə tələbat, vakansiyaların sayı və orta əmək haqqı artır. Buna görə də bu ixtisasa yiyələnməyiniz sizin üçün faydalı olacaq. 

 

Son xəbərlər
Digər xəbərlər