14 C
Baku
Çərşənbə, May 25, 2022

“ProductHunt Session by PASHA Bank” tədbiri keçirilib

®Müxtəlif sahələrdə fəaliyyət göstərən məhsul sahibləri, məhsul menecerləri və UX/UI dizaynerlərin iştirakı ilə keçirilən “ProductHunt Session by PASHA Bank” tədbirində “PAŞA Bank” növbəti dəfə real təcrübəsini paylaşıb.

Görüşdə “PAŞA Bank”ın Biznes innovasiyaları şöbəsinin funksional sahə lideri Lalə Əzizli bir məhsul sahibinin hansı keyfiyyətlərə malik olması, necə uğur qazana bilməsi haqqında fikirlərini bölüşüb. O, öz təcrübəsindən maraqlı məqamları paylaşıb və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Xatırladaq ki, “PAŞA Bank”ın dəstəyi və “Techaz Media” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə yeni məhsulun yaradılması, inkişaf etdirilməsi, hədəf kütlənin tələblərinə cavab verməsi üçün gərəkli araşdırmaların aparılması və digər maraqlı mövzulara toxunulub

Son xəbərlər
Oxşar xəbərlər