15 C
Baku
Tuesday, December 2, 2025

“ProductHunt Session by PASHA Bank” tədbiri keçirilib

®PASHA Bank-ın dəstəyi və Tech.az Media platformasının təşkilatçılığı ilə məhsul idarəçiliyi mövzusunda “ProductHunt Session” adlı maarifləndirici tədbir baş tutub. Tədbirdə məhsul menecerləri, dizaynerlər, mühəndislər, startap nümayəndələri və texnologiya sahəsinə maraq göstərən gənclər daxil olmaqla ümumilikdə 100 nəfər iştirak edib.

Tədbirin spikerlərindən biri PASHA Bank-ın Biznes İnnovasiyaları şöbəsinin funksional sahə lideri Lalə Əzizli olub. O, “Məhsulun mənimsənilməsi” (“Product Adoption” ) mövzusunda çıxış edərək istifadəçilərin məhsulu istifadə etməyə başlamasına və davamlı istifadə davranışına təsir edən amilləri izah edib. Çıxış zamanı o, məhsulun ilk təcrübəsinin, dəyər təklifinin düzgün çatdırılmasının və istifadəçidə aydın anlayış formalaşdırmağın “mənimsənilmə” prosesində əsas rol oynadığını vurğulayıb.

Çıxış mövzuya yeni başlayanlar üçün əlçatan, sahədə çalışan mütəxəssislər üçün isə praktik tətbiq oluna bilən yanaşmalar təqdim edib.

Tədbir iştirakçılar tərəfindən müsbət qarşılanıb və ölkədə məhsul idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilib.

Son xəbərlər
Digər xəbərlər