13 C
Baku
Tuesday, May 14, 2024

Professorlar üçün ideal yer haradır?

Bu yaxınlarda Economist Intelligence Unit agentliyinin ekspertləri “Professor üçün hansı ölkədə yaşamaq daha yaxşıdır” adlı təqdiqat həyata keçirmişlər. Araşdırma zamanı “Professorlara nə qədər pul ödəyirlər?” və ya “Mükafatlandırma və müqavilələrin ümumbəşəri müqayisəsi” kimi məsələlər də öz əksini tapmışdır. Ekspertlərin araşdırmalarının maraqlı cəhətlərini sizin diqqətinizə çatdırırıq.

Tədqiqatlar 28 ölkədə akademik mükafatlandırma və müqavilələr əsasında aparılmışdır. Burada yalnız məvaciblər deyil, professorların dərs yükləri də müqayisə olunur. Belə ki, onlar fərqli dərs yükünə və fərqli imkanlara sahib olmalarına baxmayaraq eyni miqdarda maaş alırlar. Burada yalnız dövlət universitetləri nəzərə alınıb, belə ki, bir çox ölkələrin özəl universitetlərində statistika aparmaq mümkün deyil. Burada sadəcə tam məşğulluğu tələb edən müqavilələri görmək mümkündür.

Tədqiqat üçün bütün qitələri təmsil edən və akademik sistemin bütün növlərini əks etdirən ölkələr seçilmişdir. Araşdırmalar sırasında hətta bəzi hadisələr də baş vermişdir. Belə ki, bəzi ölkələrin müvafiq nazirlikləri əldə edilən nəticələri nəşr etməyə icazə verməmişlər. Nəticələr ilə tanış olan bir təhsil naziri isə heç vaxt belə bir statistika görmədiyini və bunu nəşr etməyin utancverici olduğunu bildirmişdir.

Tədqiqatlarda həmçinin əmək haqqlarının bazası, bonuslar və əlavələrdən müəllimlərin nə qədər qazandığı haqqında məlumatlar da yer almışdır. Burada sərhəd kifayət qədər azdır. Çünki bəzi ölkələrdə işin effektivliyi bonuslar qazanmaq üçün səbəbdir. Lakin digər ölkələrdə isə arzuolunan effektivlik əvvəlcədən müqavilədə göstərilmişdir və buda sonradan performansın artırılması ilə nəticələnmir.

Universitetdə iş tək pul mükafatı ilə deyil, həm də bir sıra müavinətlərlə də bağlıdır. Məsələn, bir çox müəllimlər 2 aylıq məzuniyyət şansına malikdirlər. İşlədikləri digər aylarda müəllimlərin nə dərəcədə yorulduqlarını nəzərə alsaq iki ay hətta kiçik bir müddətdir. Ölkələrin əksəriyyətində müəllimlər üçün yaşayış, sığorta və uzun müddətli məzuniyyətlərlə bağlı müavinətlərdə mövcuddur. Bununla yanaşı qeyri-adi müavinətlərdə mövcuddur, məsələn, Hindistanda professorun vazektomiya əməliyyatının xərcini ödəyirlər. Türkiyə də isə müəllimə bayramda hindtoyuğu hədiyyə edilir. Müəllimlərin əsas əlavə gəlirləri akademik əmək bazarının xaricində, məsləhət xidmətləri ilə əldə edilir. Ölkənin rifahı yüksək olduqca gəlirlərin mənbələri az əhəmiyyət daşımağa başlayır.

Müxtəlif ölkələrdə karyera yüksəlişi də müxtəlif cürdür. Bəzilərində karyera pillələrinin sayı çox, bəzilərində isə azdır. Adi müəllimdən professor dərəcəsinə gedən yol bəzi ölkələrdə qısa, bəzi ölkələrdə isə uzundur. Çində müəllimlərin əksəriyyəti orta akademik iyerarxiya dərəcəsinə aiddirlər. Orada assistentlərin, professorların sayı az, dosentlərin sayı isə həddindən artıq çoxdur. Eyni vəziyyət Çexiyada da mövcuddur. Hollandiyada isə əksinə olaraq aşağı dərəcəli müəllimlər yüksək dərəcəli müəllimlərdən çoxluq təşkil edir.

Professorların aldıqları yüksək maaşlara görə qeyd edilən reytinqdə ilk yerləri Kanada, İtaliya və CAR tuturdu. Bu statistika nəşr edildikdən sonra siyahıda adları keçən bütün ölkələr nəticələri yerli mətbuatda nəşr etmişlər. Lakin İtaliyanın akademik diasporu bu nəticələrdən razı qalmadı. Məsələ ondadır ki, tədqiqat başa çatdığı dövrdə İtaliyada təhsil nazirliyi ilə professor birlikləri arasında müxalifət mövcud idi. Buna səbəb isə təhsil sahəsində pis iş şəraiti hesab olunur.

Bu müxalifət gedən vaxtda müəllimlərin yüksək məbləğdə maaş almalarını göstərən statistika hazırlanır! Məsələ ondadır ki, İtaliyada başlanğıc mərhələdə alınan maaş ilə son mərhələdə alınan maaş arasında çox böyük fərq vardır. Yüksək mərhələdə şərtlər çox yaxşı olsa da, müəllimlərin əksəriyyəti bununla kifayətlənmir. Siyahıda adı olmayan ölkələrdən olan İsveçrə tədqiqatçılardan aşağı nəticələr yazmağı xahiş etdi, çünki əks təqdirdə ilk yerin sahibi o olacaqdı.

Zəngin ölkələrdə maaşların həmişə yüksək olmasını düşünmək kimi, professionallığın da hər zaman yüksək nəticələr verdiyini düşünmək yanlışdır. Burada professionallığın stimullarını, daha doğrusu insanların karyera pilləsində motivasiya edilməsini bilmək lazımdır. Məsələn, Çində assistentlərin maaşı müəllimlərin maaşından dörd dəfə azdır. Norveçdə isə müəllimin əmək haqqının artımı bütün pedaqoji fəaliyyəti müddətində çox az, yəni cəmi 30% artır. Daha zəngin ölkələrdə isə ilk növbədə akademik iyerarxiya azlıq təşkil edir. İkincisi isə başlanğıc mərhələdəki maaş ilə yekun mərhələdəki maaş arasındakı fərq prinsipial deyildir. Başqa sözlə desək zəngin ölkədə müəllimi işə cəlb etmək istədikdə ona pul, kasıb ölkədə isə status verilir. Bir çox ölkələrdə özəl təhsil sistemi çiçəklənmək üzrədir və müəllimlər çox zaman hər iki sektorda işləməli olurlar. Özəl universitetlərdə işləmək üçün dövlət universitetlərində nüfuz qazanmış müəllimlər dəvət olunur.

Dövlət büdcəsindən ayrılan vəsaitin getdikcə azalması ailə məktəbləri tələbələrin ödənişlərindən (yəni müvafiq tələbə kontingentinin yığılmasından) asılı vəziyyətə salır. Həm də professor və müəllim heyətinə qarşı da tələblər atır. Belə ki, xarici qrantların alınması aspektindən müəllimlərin uğurlu və ya uğursuz olması, həmin müəllimlərlə müqavilənin uzadılıb-uzadılmaması üçün və ya daimi əsasda, müəyyən məvacib müqabilində müqavilənin imzalanıb-imzalanmaması üçün əsas kimi çıxış edə bilər. Belə bir maliyyə modelinin tətbiqi “fil dişi qülləsi” adlandırılan anlayışı məhv edir. Söhbət nədən gedir? Əvvəllər müəllimlər universitetlərə elə gəlirdi ki, sanki fil dişindən düzəlmiş qülləyə gəlir. Onlar bilirdilər ki, əmək bazarında daha çox pul əldə edə bilərlər, lakin universitetə gəlişin aşkar üstünlükləri vardı. Məsələn kimyaçı iri bir farmasevtik kompaniyada çalışa bilərdi, amma sakit və zəmanətli həyatın xeyrinə, həm də istədiyi ilə məşğul olmaq üçün bu işdən imtina edir. Amma indi akademik sahədə pul getdikcə azalır, iş yükü isə çoxalır və tarazlıq pozulur.

Bundan başqa, hər yerdə işsizlik təhlükəsi yaranır. Akademik işin əsası hesab edilən daimi müqavilə heç də bütün ölkələrdə mövcud deyildir. Bəzi ölkələrdə, xüsusilə də Fransada daha əhəmiyyətli təminatlar mövcuddur. Burada müəllimlər dövlət məmuru statusuna sahib olmaqla yanaşı, həm də yüksək əmək haqqına və uzunmüddətli məzuniyyətə malikdirlər. Tək Rusiyada deyil, Argentinada da daimi məşğulluq haqqında müqavilə həyata keçirilməsə də, faktiki olaraq bağlanılır. Burada ənənəvi zəmanət sistemləri genişlənməyə başlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər