27 C
Baku
Saturday, July 27, 2024

“Prokon”nun xalis mənfəəti kəskin düşüb

“Nobel Energy” şirkətnin Azərbaycandakı törəmə şirkəti “Prokon” MMC-nin gəlirləri düşüb.

Banker.az bu barədə şirkətin illik audit hesabatında bildirilir.

Hesabata görə, “Prokon”nun gəlirləri 2022-ci il üzrə 101.15 milyon manat olmaqla 2021-ci ildən 43 faiz azdır. Bununla belə, şirkətin satışlarının maya dəyərinin həcmi 89.06 mln. manat olub və ümumi mənfəət 12.09 mln. manat olub. Öncəki ildə 36.47 mln. manat ümumi gəlir mövcud idi.

Beləliklə, şirkətin bütün gəlirləri və xərcləri fərqindən sonra 331 min xalis mənfəəti qalıb. Şirkətin öncəki ildəki xalis mənfəəti 16.14 milyon manat idi.

1 yanvar 2023-cü il tarixinə şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 14.79 mln. manat təşkil edib.

Xatırladaq ki, “Prokon” MMC 2012-ci ildə yaradılıb və 100 manat nizamnamə  kapitalı var. Şirkətin səhmdarı 95% ilə “Nobel Energy Limited” və 5% ilə “Nobel Oil Investment”dir.

2342423432423423

 

Son xəbərlər
Digər xəbərlər