13 C
Baku
Friday, April 19, 2024

Prokrastinasiyanın 7 səbəbi

Prokrastinasiya – çox maraqlı mövzudur və onun arxasında bir çox əyləncəli elmi tədqiqat var. Onlardan birinə görə, prokrastinasiya ehtimalını artıran yeddi səbəb var. 

Beləliklə, yerinə yetirməli olduğumuz iş aşağıdakı xüsusiyyətlərə (atributlara) malik olduqda prokrastinasiya edirik:

  1. Darıxdırıcı (məsələn, vergi deklarasiyalarının doldurulması)
  1. Məyusedici (məsələn, yeni bacarığın inkişaf etdirilməsi)
  2. Mürəkkəb (məsələn, riyazi sübut)
  3. Qeyri-müəyyən (məsələn, marafona hazırlıq)
  4. Struktursuz (məsələn, evin təmiri)
  5. Mükafatlandırılmayan (məsələn, 50 səhifəlik hesabatdan sonra heç bir “feedback” almamaq)
  6. Heç bir məna kəsb etməyən (məsələn, evdəki ofisi yığışdırmaq)

Bu atributların sayı nə qədər çox olarsa, prokrastinasiya qurbanına çevrilmək ehtimalı da bir o qədər yüksək olacaq. Bunun qarşısını almaq üçün aşağıdakı metodlardan istifadə edə bilərsiniz:

– Sadə plan qurun, darıxdırıcı tapşırıqların daha maraqlı görünməsi üçün əlinizdən gələni edin (məsələn, evinizi yığışdırarkən sevdiyiniz audiokitaba qulaq asa bilərsiniz);

– Məyusedici tapşırıqlar üçün vaxt məhdudiyyətini tətbiq edin (məsələn, məşğul olmaq istəmədiyiniz bir iş üçün oyun qurmaq: 20 dəqiqəyə bacardığınız qədər kağız doldurmaq);

– Mürəkkəb vəzifələrin öhdəsindən birlikdə gəlmək. Bir sözlə, dostunuzu, müəlliminizi və ya həmkarınızı köməyə çağırın (məsələn, təkbaşına tətbiqetmə vasitəsi ilə pianoda çalmağı öyrənmək əvəzinə, bu sahədə peşəkar olan insanlara müraciət edin);

– Qeyri-müəyyən və struktursuz işlər üçün ayrıca plan qurun (məsələn, təmir məsələlərində növbədi addımlarınızı müəyyənləşdirməyə 20 dəqiqə vaxt ayırın);

– Mükafatlandırılmayan tapşırıqlara görə özünüzü sevindirməyə çalışın (məsələn, vergi ilə işlədiyiniz hər beş dəqiqə üçün özünüzə 1 dollar xərcləyin);

– Mənasız hesab etdiyiniz tapşırıqları gündəliyə yazın, onların mahiyyətini dərk etməyə çalışın (məsələn, nəyə görə ofisinizdə apardığınız səliqə-sahman işləri sizi sakitləşdirir). 

Prokrastinasiya – ümumi bir anlayışdır və insanların bu və ya digər işi təxirə salmaları deməkdir. Növbəti dəfə prokrastinasiya etdiyinizi gördükdə, bunun səbəbini axtarıb tapmağa çalışın və nəhayət, plan qurun və nəticədə daha çox iş çatdırdığınızı görəcəksiniz. 

Son xəbərlər
Digər xəbərlər