“ProKredit” bank olmayan kredit təşkilatı ASC (BOKT) 2019-cu ildə 211.58 min manat faiz gəliri (2018: 295.22 min manat), 9.31 min manat (167.77 min manat) faiz xərci çəkib.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
“ProKredit”in 2018-ci ildən fərqli olaraq 2019-cu ildə banklar və digər maliyyə qurumlarında depozitlərindən 760.11 min manat faiz gəlirinin də olması xalis faiz gəlirlərini 3.3 dəfə artmasına səbəb olub. Beləliklə 971.7 min manat xalis faiz gəliri olub.
Maraqlıdır ki, BOKT-un digər maliyyə institutlarında hansı məbləğdə depozit tam bilinmir.
Bu gəlirləri BOKT-un ümumi xərclərini qarşılamaqla ili 22.4 min manat xalis mənfəət əldə edib. 2018-ci ildə 1.1 min manat idi.
Borclar alıb, kreditlərə yönəldib
“ProKredit” 2019-cu il ərzində aktivlərini 2 milyon 372.65 min manata qədər artırıb. Bu ilin əvvəli ilə müqayisədə 50%-lik artım deməkdir. Aktivlərinin 2 milyon 58.86 min manatı müştərilərə verdiyi kreditlərdir.
BOKT-un üzərində öhdəliklər azalaraq 1 milyon 843.47 min manat olub, bunun 288.79 min manatı cəlb edilmiş faizli borclardır.
Kreditlərinin 91.1%-i istehlak kreditləri təşkil edib.
Xatırladaq ki, “ProKredit” BOKT 2011-ci ildə yaradılıb, 1.1 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmləri Məhəbbət (64.3%) və Rəna Məmmədovlara (35.7%) məxsusdur.