10 C
Baku
Thursday, December 12, 2024

Prokuror “İdeal” şirkətinin keçmiş rəhbərinə 8 il azadlıqdan məhrumetmə cəzası istəyib

Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işi üzrə prosesdə prokuror çıxış edib. O, İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və daha əvvəl üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.

Vəkillər yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses yanvarın 31-də davam edəcək.

İstintaq İsmayılovu 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edir.

Ona qarşı CM-in 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə ittiham irəli sürülüb.

MənbəTuran
Son xəbərlər
Digər xəbərlər