12 C
Baku
Saturday, November 23, 2024

Prokuror MTN generalına 12 il həbs cəzası istəyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib.

Prokuror Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun 11 il azadlıqdan mərhum edilməsini, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini tələb edib. Zaminə buraxılmış Elcan Abdullayev və Nadir Tahirovun məhkəmə zalından həbs olunmalıdırlar. Çıxışda təqsirləndirilən şəxslərin həbs qoyulmuş əmlaklarının da müsadirə olunması qeyd olunub.
Xatırladaq ki, Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər